13 Yanvar 2021 16:24
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada COVID-19-la mübarizədə sərt karantin tətbiq edilib. Karantin rejimi qaydalarından biri də küçəyə çıxma qadağasıdır. Tətbiq edilən qaydalara etiraz olaraq bir qadın fərqli üsula əl atıb.

Teleqraf.com xəbər verir ki, qadın həyat yoldaşının boynuna it xaltası taxaraq, küçəyə çıxıb. Polislə qarşılaşan qadın “itimi gəzdirirəm, bu, normaldır” deyib.

Polis bu davranışına görə cütlüyü 1200 dollar cərimə edib.

Qeyd edək ki, axşam saat 20:00-dan səhər saat 05:00-dək Kanada küçəyə çıxma qadağası tətbiq edilir. Ölkədə küçəyə çıxma qadağası zamanı yalnız evin yaxınlığında bir neçə saat it gəzdirməyə icazə verilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər