Polşa tarixinin ən məşhur hadisələrindən biri olan Tomaş Komendanın mühakiməsi 1997-ci il Yeni il ərəfəsində törədilən qətllə başlayıb.
Teleqraf.com xəbər verir ki, olay 1997-ci ildə Miloşitse şəhərindəki bir gecə klubunda dostları ilə əylənən 15 yaşlı Malqorzata K.-nın qısa müddət üçün klubdan çıxmasından sonra baş verib.
Ertəsi gün klubla üzbəüz boş ərazidə cəsədi tapılan bir bədbəxt qızın təcavüzə məruz qalaraq donduğu xəbəri yayıldı. Polis Tomaş Komendanı qatil şəbhəsi ilə saxladı. Məhkəmənin qərarı ilə həbs olunan Komenda qızı heç vaxt görmədiyini və ittihamları qəbul etmədiyini bildirdi. 2000-ci ildə 25 il həbs cəzası alan Komenda hökmü eşidəndə məhkəmə salonunda hönkürdü.
Bəxtsiz gənc yatdığı həbsxanada dəfələrlə intihara cəhd etdi. Komenda həbsdə olduğu vaxt Malqorzata K.-nın ailəsi 2018-ci ildə istintaqın yenidən açılması üçün ədliyyə naziri Zbiqnev Zobroya müraciət etdi və dosye yenidən açıldı.
Hüquq mühafizə orqanları tərəfindən aparılan istintaq və araşdırmalar nəticəsində qurbanın bədənində aşkar edilmiş sperma DNT-nın Komendanın DNT ilə uyğun gəlmədiyi üzə çıxdı.
Aşkarlanan DNT-nin adı polisdə qeydiyyatda olan İreneuş M.-yə məxsus olduğu müəyyən edildikdən sonra həmin şəxs tutularaq həbsxanaya göndərildi. Prokurorun günahsız olduğunu əsas gətirərək sərbəst buraxılması üçün Ali Məhkəməyə müraciəti nəticəsində Komenda 2018-ci ilin martında 18 ilini günahsız keçirdiyi həbsxanadan azad edildi.
İşləmədiyi cinayətə görə 42 yaşında həbsxanadan çıxan Komenda günahsız cəza çəkdiyi hər il üçün dövlətdən 1 milyon zlot tələb etdi. Yəni, 18 milyon zlot tələbi ilə dövləti məhkəməyə verdi.
Dünən keçirilən son iclasda məhkəmə dövlətdən Komendaya 12 milyon 811 min zlot (təxminən 3 milyon avro) təzminat ödəməsini tələb edib.
Komendanın vəkili Zbiqnev Çviakalski verdiyi açıqlamada Polşa tarixinin ən böyük təzminat iddiası olan qərardan daha yüksək məbləğə etiraz edə biləcəklərini söyləyib.