13 Fevral 2021 08:45
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bumble" tanışlıq xidmətinin rəhbəri və qurucusu 31 yaşlı Vitney Volf Herd sərvətini təkbaşına qazanan dünyanın ən gənc qadın milyarderi olub.

Teleqraf.com xəbər verir ki, "Bumble" tətbiqinin səhmlərinin Vitney Volf Herdə aid payının dəyəri 1,6 milyard dollar (21,54 milyon səhm, şirkətin 11,6 faizi) təşkil edir.

"Bumble" satışa çıxarıldığı andan ABŞ-da ən sürətlə yayılan mobil tanışlıq tətbiqlərindən biri olub. Şirkətin uğuru Herdi "Forbes"in "2020-ci ildə ABŞ-da ən uğurlu qadın sahibkar və rəhbərlər" siyahısına daxil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər