23 Fevral 2021 10:42
2 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Norveç rəssamı Edvard Munkun 1893-cü ildə çəkdiyi “Qışqırtı” rəsmindəki sirli yazını kimin yazdığı ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, dünyanın ən çox baxılan rəsmlərindən olan "Qışqırtı"nın sol üst küncünə qələmlə "Yalnız dəli tərəfindən çəkilə bilər" cümləsi qeyd edilib.

Norveç Milli Muzeyinin apardığı testlər bu qeydi rəssam Edvard Munkun özünün yazdığını ortaya çıxarıb.

Bu yazı sənət aləmində bir çox fərziyyələri gündəmi gətirmişdi. Sənətşünaslar uzun müddət yazını əsəbi birinin, yoxsa həyatı boyu psixoloji problemləri olan Munkun özünün olub-olmadığını araşdırıblar.

Əsər ilk başda ciddi tənqidlərə məruz qalmış, Munkun ruhi sağlamlığı ilə bağlı mübahisələrə səbəb olmuşdu.

Məlumata görə, rəssam bu müzakirələrdən çox məyus olub və rəsm əsərindəki cümləni də bu reaksiyalardan sonra yazıb.


Müəllif: Yeganə Oqtayqızı