8 Mart 2021 13:51
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı adamı, “Amazon”un sahibi Jeff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott bir məktəbdə müəllim işləyən şəxslə evlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Əvvəllər Jeff Bezosun keçmiş həyat yoldaşı 1.7 milyard dollardan çox xeyriyyə işinə yardım etmişdi.

Forbes-ə görə, Skott 2019-cu ildə boşandıqdan sonra Bezosun “Amazon”dakı payının dörddə birini alıb. Bu, rekord boşanma təzminatı hesab olunur. Boşanmadan sonra sərvəti 36 milyard dollar idi.


Müəllif: Mənsur Rəğbətoğlu