16 Mart 2021 00:13
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Adelaida şəhərində yaşayan ən böyük yarasa növü - meqa-yarasalar bu il indiyə qədər şəhəri 40 dəfə qaranlığa qərq edib.

Teleqraf.com xəbər verir ki. Adelaida sakinləri şəhərdəki 25 000 yarasa ilə mübarizənin yollarını axtarırlar.

Qanadlarının eni 1.5 metr enində olan nəhəng yarasa sürüsü şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olur. Nəhəng yarasaların 2021-ci ilin ilk günlərindən indiyədək 40 dəfə şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilib.

1.5 milyona yaxın əhalisi olan Adelaida nəhəng yarasalarla mübarizə yollarını axtarır.
“Meqa yarasa” adlanan bu növünün ilk dəfə şəhərin mərkəzindəki Botanika Parkında görüldüyü deyilir. İlk göründükləri andan bəri sürülərinin sayının getdikcə böydüyü deyilən bu nəhəng yarasaların mövcud sayının 25 min civarında olduğu qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər