Martın 28-də Tokioda təşkil edilən birgünlük sərgidə son elektromobil nümunələri nümayiş etdirilib.
Teleqraf.com xəbər verir ki, sərgiyə “Toyota”, “Honda”, “Nissan” və “Mazada” kimi tanınmış şirkətlər qatılıb.
Sərgidə, həmçinin “Porshe” və “Tesla” şirkəti tərəfindən istehsal edilən elektromobillər də avtomobil həvəskarlarına təqdim olunub.
Britaniyanın “Jaguar Land Rover” şirkəti isə “Jaguar” markalı ilk elektromobilini sərgidə nümayiş etdirib.
İstehsalçı şirkətin bildirdiyinə görə 2025-ci ildən başlayaraq, “Jaguar” avtomobillərinin hamısı elektromobillə əvəz ediləcək.
Yaponiyanın elektronika nəhəngi olan “Sony” şirkəti də sərgidə öz avtomobilini - “VISION-S”i təqdim edib.
Bildirilir ki, sensor texnologiyalarını yaxşılaşdırmaq niyyətində olan şirkət bu məhsulla avtomobil sektoruna daxil olmaq istəyir. Bunu avtomobil həvəskarlarının yeni modelə göstərdiyi böyük maraq da təsdiq edir.