13 Aprel 2021 08:45
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmosa ilk uçan Yuri Qaqarinin şəkili dünyanın ən hündür binası olan Dubaydakı "Bürc-Xəlifə"də əks olunub.

Teleqraf.com xəbər verir ki, bu tədbirlə kosmik uçuşunun 60-cı ildönümü və Y.Qaqarinin xatirəsi ehtiramla yad edilib. İşıqlandırma təxminən üç dəqiqə davam edib.

Xatıladaq ki, "Bürc-Xəlifə" 2010-cu ildə istismara verilib. Hündürlüyü 828 metrdir. 163 mərtəbədən ibarət qüllə dünyanın ən çox mərtəbəli və hündür binasıdır. Kosmosda ilk insan Yuri Qaqarin 12 aprel 1961-ci ildə "Vostok 1" kosmik gəmisində Yer kürəsini bir dəfə dövr vurub və 108 dəqiqəlik uçuşdan sonra Rusiya ərazisində eniş edib.


Müəllif: Teleqraf.com