İndoneziyanın Bali adasında üzlərinə etdikləri maska makiyajı ilə maska qadağasını pozan iki sosial şəbəkə fenomeni ölkədən deportasiya edilmək ehtimalı ilə qarşı-qarşıya qalıb.
Teleqraf.com xəbər verir ki, Joş Paler Lin və Leya Se adlı yutuberlər üzlərinə makiyajla maska görünüşü verərək küçəyə çıxıblar.
Küçədə insanların arasında maskasız dolaşan qızlar videogörüntülərini sosial şəbəkədə paylaşıblar. Bununla ölkədəki qadağanı pozan qızların Yutubda yayımladıqları viodeo milyonlarla insan tərəfindən izlənilib və təpkilərə yol açıb.
Paler və Se reaksiyalardan sonra üzr istəyərək, videonu silsələr də, hüquq mühafizə orqanları olaydan sonra hərəkətə keçiblər
Miqrasiya Xidmətinə aparılan yutuberlər ölkədən deportasiya edilmək ehtimalı ilə üz-üzə qalıb.
Balidə koronavirus qadağalarını pozan əcnəbilərə qarşı əvvəlcə pul cəzası verilir. Hal ikinci dəfə təkrarlandığında deportasiya edilirlər. Amma indoneziyalı yetkililər cəmiyyətdə böyük reaksiyaya səbəb olan gənc qızları birbaşa deportasiya etmək fikrindədir.