ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) iş adamı İlon Maskın “Space X” şirkəti ilə Aya səyahətin təşkili müqaviləsini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NASA-nın rəsmi nümayəndəsi Monika Uitt məlumat verib.
Mask müqavilə uğrunda mübarizə aparan Jeff Bezosun “Blue Origin” və “Dynetics” şirkətlərinin zəfəri ilə başa çatan NASA-nın qərarına etiraz edib.
Sənəddə “Artemis” proqramı çərçivəsində kosmonavtların Yerin təbii peykinin səthinə endirilməsi üçün modulun yaradılması nəzərdə tutulur. NASA “Space X”-in bu satınalma ilə bağlı qalan məhkəmə proseslərini həll edənə qədər 2.9 milyard dollarlıq müqaviləni təxirə salacağını bildirib.
İlon Mask aprelin əvvəlində “SpaceX”-in Aya astronavtlar göndərəcəyini demişdi. Şirkət bununla bağlı NASA ilə müqavilə mübarizəsinə qatılmışdı. Yarışda Jeff Bezosun “Blue Origin”,”Dynetics” şirkətləri ilə yanaşı, “Lockheed Martin”, “Northrop Grumman” və “Draper” də qatılmışdı.
Müqaviləyə görə, “Space X” 4 astronavtı “Orion” kosmik gəmisi ilə Ayın stansiyasına çatdırmalı idi. Bundan sonra astronavtlardan ikisi Maskın şirkətinə məxsus “Star” kosmik gəmisi tərəfindən Aya göndəriləcəkdi.