15 May 2021 19:38
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Microsoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.

Teleqraf.com xəbər verir ki, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.

Xatırladaq ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.


Müəllif: Teleqraf.com