11 İyun 2021 16:28
3 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Coğrafiya Cəmiyyəti Yer kürəsində beşinci okeanın Cənub olduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Planet Today” məlumat yayıb.

Nəşrin məlumatına görə, beşinci okean Antarktidada yerləşir və Cənub digər dörd okeandan fərqli olaraq yalnız cərəyanlarla məhdudlaşır.

Beşinci okeanın mövcudluğu barədə müzakirələr əvvəllər də aparılmışdı, lakin indiyədək – 8 iyun Dünya Okean Gününə qədər bu haqda rəsmi açıqlama verilməmişdi.

Cənubi Okean bu ilin fevral ayında müstəqil su hövzəsi olaraq tanınıb. Bura qədər isə Cənub Atlantik, Hind və Sakit okeanlarının Antarktida ətrafındakı soyuq suları sayılırdı. İndi Cənubi Okean ərazisi xəritələrdə təsvir ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər