19 İyun 2021 16:18
5 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kolorado Universitetinin alimləri tərəfindən aparılan araşdırmada Yer kürəsində ilk dəfə həyat olmayan torpaqların aşkar edildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Antarktidada aparılan araşdırmada qitənin içərisindəki dağlardan götürülən torpaq nümunələrində canlı DNT aşkarlanmadığı və buna dünyada ilk dəfə rast gəlindyi deyilib.

ABŞ Milli Elm Fondu tərəfindən maliyyələşdirilən araşdırmada torpaq nümunələri 2018-ci ilin yanvar ayında Transantarktik dağların ucqarına ekspedisiya zamanı götürülüb.

Nümunələrdə canlı orqanizmin əlamətləri tapılmayıb. Götürülün torpaqda mikrob DNT-nı araşdırmaq üçün polimeraz zəncirvari reaksiya (PCR) adlanan metoddan istifadə edilərkən 204 nümunənin test edildiyi bildirilib.

Soyuq ərazilərdən alınan nümunələrin hamısında çox həcmdə DNT aşkar etdiklərini bildirən tədqiqatçılar daha yüksək yerlərdən götürülən nümunələrin 20 faizində həyat əlaməti tapılmadığını söyləyiblər.

Kolorado Universitetinin torpaqları tədqiq edən elm adamı Noa Feyrer deyib: “Həmişə deyilirdi ki, mikroblar hər yerdə yaşaya bilərlər, bunun üçün dayanıqlıdırlar. Amma götürülən nümunələrdə heç bir mikrob həyatı yoxdur”.

Araşdırmanın Marsın səthindəki tədqiqata bənzədiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər