Yaponiyada 139 cüt qadın ayaqqabısı oğurlayan kişi həbs olunub.
Teleqraf.com xəbər verir ki, özəl şirkətlərən birində işləyən 47 yaşındakı Tsunehito Isobe 2014-cü ildə də ayaqqabı oğurluğu edən zaman evindən 244 cüt ayaqqabı tapılıb.
Polis oğrunun evində araşdırma aparan zaman maşın və ayaqqabı qutularının içinə gizlədilmiş 139 cüt ayaqqabı tapıb. Ayaqqabıların 77 cütü tibb bacılarının istifadə etdiyi sandaletlərdən ibarətdir. Oğrunun evində əlavə olaraq yaxasında ad yazılan 2 dəst tibb bacısı forması və 2 cüt qadın corabı tapılıb.
Polis ayaqqabıların sahiblərini axtararaq, onlara müraciət edib. Oğru Tsunehito Isobe isə ayaqqabıların bir qismini oğruladığını, bir hissəsini isə internetdən və ya ikinci əl əşya satanlardan aldığını bildirib.
Oğrunun ifadəsi hər kəsi təəccübləndirib:
“Uşaqlıqdan bəri qadın ayaqqabılarına marağım var. Ayaqqabı qoxusunu sevirəm”.