29 İyun 2021 21:39
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toydan iki ay əvvəl həyat yoldaşı Çarlz tərəfindən şahzadə Dianaya hədiyyə edilən “Ford Escort” 52 min funt sterlinqdən yuxarı qiymətə satılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Uels şahzadəsi onu 1981-ci ilin mayında nişanlısına təqdim etmişdi. Avtomobilin kapotunda gümüşü qurbağa var. Bu gümüşü qurbağa bacısı Sara tərəfindən Dianaya verilən talismanın bir nüsxəsidir.

“Reeman Dansie Auctions” onlayn auksionunda iddiaçı avtomobil üçün 52 640 funt sterlinq ödəyib.

Şahzadə Diana “Ford Escort”u sürməyi dayandırdıqdan bir müddət sonra onu antik əşyalar satıcısı 6 min funta satın alıb. O, avtomobili 20 ildir istifadə edir.


Müəllif: Səxavət