5 İyul 2021 08:45
2 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

113 yaşlı Puerto-Rik sakini Emilio Flores Markes ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Guinness World Records” saytında bildirilib.

Markes 8 avqust 1908-ci ildə Puerto-Rikoda anadan olub. Ailədə 11 övladı olublar. O, uşaqlıqdan ailənin qamış təsərrüfatında işləyib.

O, 75 ildir evlidir, dörd övladı, beş nəvəsi və beş nəticəsi var, övladlarından yalnız ikisi hazırda sağdır.

Onun sözlərinə görə, uzun ömür sürmək üçün həyat eşqinin olması vacibdir.

Qeyd edək ki, planetin buna qədərki ən yaşlı insanı 21 noyabr 1908-ci ildə anadan olan rumıniyalı Dumitru Komanesku hesab olunurdu. 111 yaşlı Dumitru 27 iyun 2020-ci ildə dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər