17 Avqust 2021 09:05
3 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərqli ölkələr Ayda uzunmüddətli missiyaların həyata keçirilməsi üçün mümkün texnologiyalar axtarmağa davam edirlər.

Teleqraf.com xəbər verir ki, Yaponiyanın “Ispace” və İsrailin “Helios” şirkətləri Yerin peykində oksigen istehsal etməyi hədəfləyən layihədə əməkdaşlıq edəcək.

Şirkətlər Aydan əldə edilən torpağı yüksək temperaturda əridib elektroliz edərək oksigen istehsalına çalışacaqlar.

Layihə haqda danışan “Ispace”nin icraçı direktoru Xakamada Takeşi bildirib ki, proyekt daha çox oyunçunu bu bazara girməyə təşviq edəcək.

“Helios”un rəhbəri Conatan Gefman isə deyib ki, Ayın torpağından oksigen istehsalı Yerin peykindəki gələcək elmi fəaliyyətlər üçün həyati əhəmiyyət daşıyacaq.

Layihə çərçivəsində İsrail şirkəti 1 ton Ay torpağından 250 kiloqram oksigen əldə etməyi hədəfləyir.

“Ispace” 2023-25-ci il ​​dövründə texniki təchizat təmin edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər