28 Avqust 2021 20:47
2 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Norveçi bir-birindən ayıran Yakobselv çayının sahilində rəsmi xəbərdarlıqların yanına qoyulmuş lövhə diqqətdən yayınmayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya ilə sərhəddəki turizm bölgəsində üzərində “Rusiyaya doğru sidik ifraz etməyin” qeydi olan lövhə asılıb.

Norveç sərhəd xidmətinin əməkdaşı Yens-Arne Hoylund Qrins Yakobselv kəndi yaxınlığında qoyulan xəbərdarlıqdan məlumatlı olduğunu bildirib.

“Böyük ehtimalla, bu lövhə xoşniyyətli insanlar tərəfindən yoldan keçənləri aqressiv davranışlara qarşı xəbərdarlıq üçün qoyulub”, - Hoylund deyib.

O, Rusiyanın xəbərdar etdiyi davranışla əlaqədar heç bir şikayət daxil olmadığını qeyd edib.

Norveç qanunları sərhəddə qonşu ölkələr və ya rəsmilərinə qarşı aqressiv davranışları qadağan edir. Qanun belə davranışa görə, 290 avro cərimə nəzərdə tutur.

Norveç mediasında iki ölkə arasındakı 198 kilometrlik sərhəddə qadağan olunmuş keçidlər və daş atanlara verilən cəzalar barədə xəbərlər yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər