Avstraliyada köpəkbalığı bir nəfərə hücum edərək qolundan dişləyib.
Teleqraf.com xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, həmin şəxsi xilas etmək mümkün olmayıb.
Olay Yeni Cənubi Uels ştatının şimal sahilində yerləşən Şelley Biçdə baş verib. Yerli sörfçülər və çimərlik nəzarətçiləri hücuma məriz qalan kişiyə köməyə tələsiblər. Sahildəki dörd həkim zərərçəkən həyatı üçün mübarizə aparıb, amma səyləri nəticəsiz qalıb. Məlumata görə, mərhumun təxminən 30 yaşı olub.
Bundan əvvəl ABŞ-ın Florida ştatında 19 yaşlı tələbə Sofiya Skoccinin köpəkbalığı hücumuna uğradığı və az qala əlindən məhrum olacağı bildirilmişdi.
\