11 Sentyabr 2021 23:30
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünə məxsus təqvim və saat sistemindən istifadə edən Efiopiyada bazarlara və alış-veriş mərkəzlərinə axın edən xalq Yeni il hazırlıqlarını tamamlayıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir Abiy Əhməd Yeni il öncəsi təbrik mesajı verib, Ədis-Əbəbədəki yaşlılara və əlillərə Milad hədiyyələri paylayıb.

Efiopiya bu gün Yeni ilə, yəni 2014-cü ilə qədəm qoyacaq.

Ölkədə “Enkutataş” adlandırılan yeni ilin ilk günü yağışlı mövsümün sonu və məhsul yığımının başlanması olaraq da qəbul edilir. Günəşə əsaslanmaqla tərtib olunan Efiopiya təqvimi ölkə əhalisi və Eritreya xristianları üçün dini təqvim sayılmaqla yanaşı, hökumət tərəfindən bütün rəsmi işlər üçün istifadə olunur.

Miladi təqvimdən təxminən 7 il 8 ay geridə olan Efiopiya təqvimi Misirdəki Kopt xristianlarının istifadə etdikləri təqvimə bənzəyir. Kopt təqvimi kimi, Efiopiya təqvimində də 30 gündən ibarət 12 ay, 5-6 sıçrayış gününü ehtiva edən 13-cü ay var.

Fərqli zaman sistemindən və öz təqvimindən istifadə edən Efiopiya xalqı üçün gün saat 00:00-da yox, 06:00-da başlayır.

Gün 12 saatlıq iki fərqli hissədən ibarətdir. İlk 12 saatlıq saat qurşağı 06:00-da, ikinci qurşaq isə 18:00-da başlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər