"Apple" yeni "iPhone 13" modelini təqdim edib.
Teleqraf.com xəbər verir ki, həmçinin "iPhone 13 mini", "13 Pro" və "13 Pro Max"ın da nümayişi baş tutub.
Yeni smartfonlar əvvəlki on ikinci modelə çox bənzəyir. Smartfonlarda beş yeni rəng, suya davamlı yeni şüşə, "13" və "13 mini" "Super Retina XDR" ekranı var.
Yeni "iPhone" təkmilləşdirilmiş ekrana və daha güclü prosessora malikdir, bu isə smartfonun şarjını daha uzunmüddətli edir.
Əsas yeniliklərdən biri ekran kəsilməsinin azalmasıdır - bu, "FaceID" sisteminin istifadəyə verilməsindən sonra ilk dəfədir.
Şirkət budəfəki təqdimatda digər "Apple" cihazlarını - "AirPods", "Apple Watch Series 7" ağıllı saatlarını və təkmilləşdirilmiş yeni "iPad mini"ni nümayiş etdirib.
Təqdimatın gedişində 2022-ci ildə satışa çıxarılması gözlənilən "iPhone 14"ün fotoları da iştirakçılara göstərilib.