26 Sentyabr 2021 19:08
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hər an maraqlı hadisələr və ya məlumatlar ortaya çıxır. İnsanlar daim hərəkətdə olduqları üçün dünyada hər gün yeni məlumatlar ortaya çıxır. Ancaq bu məlumatlar elmi araşdırmalar deyil, təsadüf nəticəsində ola bilər.

Teleqraf.com ən təəccüblü və maraqlı məlumatları təqdim edir.

Saat icad edilməzdən əvvəl, müəyyən müddət yanmağa hazır olan şam saatları var idi. İstədiyiniz vaxtda oyanmaq məqsədilə şama bir mismar bağlayırmışlar. Şam o səviyyəyə qədər əriyəndə metal şamdanın üzərinə düşər və səs çıxarıb xəbərdarlıq edərmiş.

Eyni yumurtada olan əkiz qadınlar, eyni yumurtadan olan əkiz kişi ilə evlənib uşaq sahibi olarsa, uşaqları genetik olaraq “qardaş-bacı” olur.

Yalnız dovşanlar və tutuquşular başlarını çevirmədən arxalarını görə bilirlər.

Hər səbir gətirəndə beyin hüceyrələrinin bir hissəsi ölür.

Dünyanın ən məhşur rəssamı Leonardo Da Vinçi bir əli ilə yaza, digər əli ilə də rəsm çəkə bilirmiş.

Sinqapurda saqqız almaq və ya satmaq qadağandır.

Acılı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, qızışmanı tamamilə götürəcək.

Asqırarkən heç vaxt burnunuzu və ağzınızı eyni anda örtməyin, gözləriniz çıxa bilər. Çox asqırsanız, qabırğalarınızdan biri qırıla bilər.

Çində körpələr dünyaya gələndə 1 yaşında hesab olunur.

Hər gün yeni doğulmuş 12 körpə yanlış ailəyə verilir.

Dəvəquşuların gözləri beyinlərindən daha böyükdür.

Yarasalar mağaradan çıxanda həmişə sola dönürlər.

Yer üzündə yaşayan bütün insanları meydana gətirən atomlardakı boşluqlar aradan qaldırılsa, bütün dünya əhalisi bir almanın içərisinə yerləşə bilər.

Dünyanın ən varlı 3 ailəsi, ən kasıb 48 ölkədən daha çox sərvətə malikdir.

Bir erkək aslan idarəetməni ələ keçirəndə bütün balalarını öldürür.

Dünya əhalisinin üçdə ikisi heç vaxt qar görməyib.

Bir insan ömrü boyu dünyanın ətrafında təxminən üç dəfə gəzəcək qədər dolaşır.


Müəllif: Yeganə Oqtayqızı