29 Sentyabr 2021 13:04
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kosmos İdarəsi (NASA) Günəş sisteminin ən uzaq planeti olan Neptuna araşdırma vasitəsi göndərməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, kosmik agentlik uçuşun 2031-ci ilə planlaşdırıldığını açıqlayıb.

“Neptun Odissey” missiyası 3.4 milyard dollara başa gələcək və 2043-cü ilə qədər səkkizinci planetə çatacağı gözlənilir.

Kosmik səyahət amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Space Launch System” və ya “Falcon Heavy” raketi ilə planlaşdırılır.

İlk dəfə 1989-cu ildə ABŞ-ın “Voyager-2” zondu Neptunun orbitinə çatıb. Günəş sisteminin ən uzaq planetini araşdırmaq üçün yeni missiya tarixin ən bahalısı olacaq.

Bundan əvvəl ABŞ-dan olan astronomlar Günəş sistemində hipotetik doqquzuncu planetin mövcudluğuna dair yeni sübutlar tapıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər