8 Oktyabr 2021 00:26
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stronsium və oksigenin izotop analizləri ilə e.ə. 480-ci ildə baş vermiş Himera döyüşündə qələbə qazananların yunanlar yox, kənardan gətirilmiş muzdlular olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu qənaətə ABŞ və İtaliyadan olan elm adamları gəliblər.

Şimali Siciliyada (İtaliya) yerləşən qədim Himera şəhəri yunan ordusu ilə karfagenlilər arasında dəfələrlə müharibələrə səhnə olub. Dövrün tarixçiləri Herodot və Diodorun yazdığına görə, e.ə. 480-ci ildə baş verən ilk müharibə yaxınlıqda yaşayan yunanların dəstəyi nəticəsində Himera tərəfindən qazanılıb. Amma e.ə. 409-cu ildəki müharibədə yalnız Himera qüvvələri iştirak etdiyi üçün şəhər süqut edib.

ABŞ və İtaliyadan olan elmi tədqiqat qrupları indiyədək qədər olan məlumatları təsdiqləmək üçün iki müharibə ilə əlaqəli skelet qalıqlarını araşdırıblar. Araşdırma e.ə. 480-ci ildəki müharibədə həlak olan 51 hərbçi, e.ə.409-cu ildəki döyüşlərdə isə həyatlarını itirən 25 mülki insanın skeletlərinin qalıqları üzərində aparılıb.

Tədqiqat qrupu qida və sudan alınan və sümük və diş minasında saxlanılan stronsium (87Sr və 86Sr) və oksigenin (18O) izotoplarından istifadə edib. Dişlərdə mövcud olan izotop nisbətlərini təhlil edilərək, hərbçilərin dişlərinin mina qatları formalaşarkən 1-8 yaşları arasında harada yaşadıqlarını üzə çıxarılıb.

Nəticələrə görə, e.ə. 409-cu ildə baş verən döyüşlərdə Himeranın yerli sakinləri iştirak etmişdilər. E.ə. 480-ci ildəki müharibə isə qədim Yunanıstandan kənarda olan döyüşçülər tərəfindən aparılmışdı, onların muzdlu olması ehtimalları var.


Müəllif: Mənsur Rəğbətoğlu