10 Oktyabr 2021 00:46
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apreldən sentyabr ayına qədər olan dövrdə elm adamları Antarktidada orta hesabla mənfi 61 dərəcə selsi temperatur qeydə alıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

Məlumata görə, bu, 1957-ci ildə müşahidələr başlayandan bəri qeydə alınan ən aşağı temperaturdur. Bundan əvvəlki rekord 1976-cı ildə, Antarktidada orta temperaturun mənfi 60.6 dərəcəyə düşdüyü zaman qeyd edilib.

Mütəxəssislərə görə, Antarktidada keçən qış son 30 ilin ortalamasından təxminən 2.5 dərəcə soyuq olub.

Qeyd edək ki, keçən yay bütün dünyada son illərdə qeydə alınmış ən isti mövsüm idi.


Müəllif: Mənsur Rəğbətoğlu