10 Oktyabr 09:11
341

Koronavirus Çinli mədənçidə aşkar edilən infeksiyadan tədricən inkişaf edə bilərdi. Həmin mədənçi 2012-ci ildə xəstəliyə yoluxub.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Telegraph" qəzeti ABŞ alimlərinə istinadən xəbər verib.

2012-ci ildə Vuhanda mədənçilərdə tapılan naməlum virus COVID-19 pandemiyasının mümkün mənbəyi ola bilər. 2020 -ci ildə Vuhan laboratoriyasından sızmadan sonra virus insanlara yoluxmağa başladı.

ABŞ-ın Bioscience Resource Project təşkilatının icraçı direktoru Conatan Latem bildirib ki, viruslar bir insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər:

"Nəzəriyyəmizə əsasən, bənzər bir təkamül 2012-ci ildə naməlum bir xəstəlikdən sonra mədənçilərin ağciyərlərində baş verib". Onun sözlərinə görə, sonra bilinməyən virusun Sars-Cov-2 formasında təkamülü altı ay ərzində baş verdi və 9 il sonra nümunələr laboratoriyadan kənara çıxıb


Müəllif: Teleqraf.com