10 Oktyabr 2021 23:25
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən kitab sərgi-yarmarkasında maraqlı hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, qiraətçi Xəzər Süleymanlı ilə şair Aqşin Evrenin birgə yazdıqları “Ayrılıqların təkrarı” romanının imza gününə bəylə gəlin də qatılıb.

“Bir də başımızı qaldırdıq ki, bəy və gəlin imza günümüzə gəlib. İki gəncin özlərinin bu xoşbəxt günündə vaxt ayırıb tədbirimizə gəlməsi, ədəbiyyata belə dəyər verməsi gözəl və yaddaqalan idi. Xoşbəxt olsunlar!”, - Aqşin Evrən sosial şəbəkə hesabında yazıb.

Bəylə gəlin müəlliflərdən imzalı kitab alaraq toya yollanıblar.


Müəllif: Teleqraf.com