12 Oktyabr 2021 10:23
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerə 1.6 milyon kilometr sürətlə yaxınlaşan Günəş qasırğası cib telefonu və peyk TV siqnallarını zədələyə bilər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər qasırğanın hər 100 ildən bir baş verdiyini və dünyanı internet apokalipsisinə sürükləyə biləcəyini bildirirlər.

Bu gün geomaqnit Günəş qasırğasının Yerin atmosferinə çırpılacağı gözlənilir. Mütəxəssislərin yaxından təqib etdiyi qasırğa Yerə doğru hərəkət edir və planetin bəzi hissələrinə təsir edəcəyi bildirilir.

Günəş fırtınası Yerə 1.6 milyon kilometr sürətlə yaxınlaşır. Günəş qasırğaları səbəbindən Yerin xarici atmosferi istiləşə və peyklər bundan birbaşa təsirlənə bilər. Nəticədə peyklərin istiləşməsi səbəbindən GPS, cib telefonu və peyk TV siqnallarında nasazlığın yaranması mümkündür.

Açıqlamada qasırğa G2 olaraq qiymətləndirilir, yəni orta dərəcədə güclüdür. Qasırğanın bu gün günorta saatlarında Yerə çatacağı və bir gün davam edəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu