12 Oktyabr 13:00
1 120

Bu gün ABŞ-da milli bayram kimi qeyd olunan “Kolumb günü”ndə “Los-Anceles Tayms” qəzeti “Kolumbun Avropanın Səlib yürüşlərinə əsaslanan İslam qorxusu yerli amerikalılara baxışını formalaşdırdı” adlı məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, məqalənin müəllifi Yel Universitetinin tarixçisi Alan Mixaildir.

Müəllif məqalədə səyyah Xristofor Kolumbun bu səyahətində ən mühüm məqamlardan birinin nəzərə alınmadığını yazıb:

“Kolumbun tərcümeyi-halının ən vacib cəhətlərindən biri əksikdir: onun Atlantikdən keçməsinin arxasındakı ən əsas güc Kolumbun İslama qarşı qorxusu və nifrəti idi”.

Məqalədə avropalıların İslam qorxusu və nifrətinin əsrlər boyu “Yeni dünya” adlandırdıqları torpaqlarda yerli xalqlarla ünsiyyətlərini və bugünkü amerikalıların dünyaya baxışlarını formalaşdırdığına vurğu edilib.

Məqalədə Kolumbun “Səlib yürüşləri” ilə bağlı hekayələrlə tərbiyə olunduğu, gənc dənizçi olduğu vaxtlar tez-tez Egey və Aralıq dənizlərində qarşılaşdığı Osmanlı donanmasının gücünün ona təsir etməsindən bəhs olunub. Amerikaya ayaq basmazdan 6 ay əvvəl İspaniyanın İber yarımadasında müsəlmanlara qarşı müharibədə iştirak etdiyi bildirilib.

“Kolumb əslində Səlib yürüşçüsü idi. Həyatı boyu müsəlmanlarla görüşlərində və müsəlmanlara qarşı apardığı müharibələrdə müqəddəs savaşın yükünü ruhunun dərinliyində hiss edirdi. Müsəlmanların yaşadıqları torpaqlardan keçmək istəyini təmin edəcək Uzaq Şərqə gedən ticarət yolunu kəşf etmə missiyası ilə dənizlə Qərbə gedərkən beynində nə dünyəvi kəşf ehtirası vardı, nə də ticari dünyagörüşü. Amerikaya hər şeydən çox dərin xristian coşğusu ilə yola düşmüşdü”.

Məqalədə İslam qorxusunun Kolumbun həyatındakı mərkəzi yeri onun transatlantik səfərlərinin ən qəribə və ən az qəbul edilən cəhətlərini izah olunur. Kolumb bu nifrətlə Karib adalarına çatdıqdan sonra oradakı gördüyü yerliləri müsəlmanlara bənzətdiyi, aztekliləri “şərqli”, liderlərini isə “sultan” adlandırdı bildirilib.

Məqalədə Kolumbun ayaq basdığı ​​yeni torpaqlarda 400-ə yaxın məscid gördüyünü yazdığı vurğulanıb:

“Bu qədər qəribəliyin səbəbi Kolumbun və Avropanın İslama qarşı səlib yürüşlərinin uzun bir tarixə söykənməsi idi. Bu dini müharibələrin çoxəsrlik tarixi, 1453-cü ildən sonrakı dövrdə Osmanlı və digər müsəlmanların hücumlarının artması Avropada müsəlmanlara və bundan sonra Amerikada yerlilərə qarşı döyüşən Kolumb və avropalıların İslamla bağlı fikirlərini “düşmən” olaraq formalaşdırdı. Bu insanlar həyatları boyu müsəlmanları ən böyük düşmənləri kimi qəbul etmişdilər, ağ olmayan Amerika yerlilərinə də münasibət belə idi. Nəticədə müsəlmanlarla Amerika aborigenləri arasında xəyali bağlar qurmuşdular”.

Amerika və yerli xalqların tarixinə bu anlayışla baxılmasının lazım olduğuna diqqət çəkilən məqalədə bildirilib: “Bu unudulmuş tarix çox önəmlidir. Çünki İslam əleyhinə olan bu dünyagörüş Avropanın Amerika qitəsində irqi və etnik ayrıseçkilik, Qərb yarımkürəsində müharibə anlayışlarını formalaşdıran qəlibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu