12 Oktyabr 2021 21:00
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada Fereyra ailəsinin mətbəxinin divarında görünən sirli görüntü haqda əfsanələr yayılmağa davam edir.

Teleqraf.com xəbər verir ki, ailə üzvləri rəsmi İsa peyğəmbərə bənzədirlər.

İddiaya görə, görüntünü dəfələrlə silsələr də yenidən orada peyda olub.

Belmez şəhərində yaşayan Fereyra ailəsinin evində sirli olaylar baş verir. Evin mətbəxininin divarında peyda olan foto ailəni həm təəccübləndirib, həm də qorxudub. Ailə üzvləri rəsmdəki şəxsin İsa olduğunu deyirlər.

İddiaya görə, rəsm ilk dəfə 1971-ci ildə görülüb. Fereyralar bundan sonra rəsmi dəfələrlə silməyə çalışsalar da, hər dəfə silindikdə müəyyən müddət sonra yenidən divarda peyda olub. Bunun necə baş verdiyi isə məlum deyil.

Fereyralar rəsmin olduğu kimi qalmadığını da iddia edirlər. Dediklərinə görə, rəsmdəki kişi fiquru zaman-zaman qadına çevrilir.

İspaniyada rəsm haqda danışılan əfsanələr çoxdur. Mütəxəssislər tərəfindən də yaxından araşdırılan görüntü haqda dəqiq məlumat yoxdur. Evin qədim bir qəbiristanlığa yaxın olması isə rəsmlə bağlı iddiaları daha ürpərdici edir.

Görüntü haqda başqa bir iddia bunun ailənin öz oyunu olması ilə bağlıdır. Həmin iddiaya görə, Fereyralar bununla evlərinə daha çox turist cəlb edərək pul qazanmaq üçün bu yola əl atıblar. Amma evə gedən bəzi tədqiqatçıların hələ də görüntünü silə bilmədikləri də deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu