13 Oktyabr 2021 14:14
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmosdan gələn siqnallar Avstraliyanın Sidney Universiteti Astronomiya İnstitutunun elm adamlarını hərəkətə keçirib.

Teleqraf.com xəbər verir ki, Süd Yolu qalaktikasındakı bir mənbədən gəldiyi düşünülən siqnalların sirrini açmaq üçün araşdırma aparılır.

Elm adamları arasında səslərin yadplanetlilərə aid olduğunu söyləyənlər də var, amma hələ dəqiq məlumat yoxdur.

Mütəxəssislər siqnalın həftələrdir nizamsız fasilələrlə gəldiyini və dayandığını, bunun əvvəllər müşahidə edilən kosmik olaylardan fərqləndiyini deyirlər.

Naməlum radiosiqnalların son 2 ildə 17 dəfədən çox eşidildiyi bildirilib.

Sidney Universitetinin professoru Tara Mörfi baş verənlər haqda deyib:

“ASKAP kosmik vasitəsi “J173608.2-321635”-i qalaktikanın mərkəzində tapdıq. Bu nəsnə bənzərsizdir, əvvəlcə görünməz idi, sonra parıldadı, soldu və yenidən üzə çıxdı. Bu qeyri-adidir, çünki bundan əvvəl heç vaxt belə bir şeyə rast gəlməmişik”.

Mörfi, bununla yanaşı “Daily Mail” qəzetinə verdiyi açıqlamada siqnalların yadplanetlilərin dünyasından gəldiyini düşünmədiklərini bildirib: “Bunların astronomik mənbələrdən gəldiyini bildiyimiz bir çox amillər var”.


Müəllif: Mənsur Rəğbətoğlu