14 Oktyabr 2021 15:33
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə səbəbindən günbəgün sona yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, aparılan yeni araşdırma emissiyalar dayandırılmayacağı təqdirdə 2050-ci ilə qədər orta qlobal temperaturun 3 və ya 4 dərəcə artacağını üzə çıxarıb.

Bu durumda ABŞ-dan Avstraliyaya qədər 200 sahil bölgəsinin su altında qalacağı gözlənilir. Alimlər Pentaqon (ABŞ), Bürc Xəlifə (BƏƏ), Bukinqam Sarayı (İngiltərə), Ermitaj Muzeyi (Rusiya) və Plaza de Katedral (Kuba) kimi binaların yaxın 30 il ərzində yoxa çıxdığını əks etdirən fotoşəkillər yayımlayıb.

İqlim elmində ən son araşdırmaları bildirən və təhlil edən ABŞ-da yerləşən “Climate Central”a görə, 8 yaşlı İngiltərə Şahzadəsi Corcun həyatının müəyyən bir hissəsində sarayı su altında qalacaq.

Elm adamları bu templə davam edəcəyi təqdirdə qlobal temperaturun 2050-ci ilə qədər 3 və ya 4 dərəcə artacağını hesablayıblar. Paris İqlim Anlaşması çərçivəsində BMT tərəfindən bildirilən maksimum 1.5 dərəcə artım olsa belə, əksər böyük şəhərlər su altında qalacaq. Buna görə, emissiyalar azalmasa, Səudiyyə Ərəbistanındakı 1 km uzunluğunda Ciddə binası belə su altında qalacaq.

Kubanın paytaxtı Havanadakı Plaza de la Katedral 1.5 dərəcə artımla çox da zərər görməyəcək. Amma 3 dərəcə temperatur artımında demək olar ki, tamamilə su altında qalacaq.

Araşdırmanın müəllifləri sahil ölkələrinin bu durumdan yaxa qurtara bilmələri üçün çox az vaxtlarının olduğunu bildiriblər.

Başqa bir araşdırma iqlim dəyişikliyinin 2100-cü ilə sahil ölkələrindəki 410 milyon insanın dəniz sularının yüksəlməsi riski altında qala biləcəyini üzə çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu