15 Oktyabr 2021 10:28
2 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin müsahibə verdiyi ABŞ-ın CNBC telekanalının aparıcısı Hedli Gembla verdiyi reaksiya müzakirə mövzusu olub.

Teleqraf.com xəbər verir ki, amerikalı jurnalist Putindən Rusiyanın Avropaya qaz tədarükü barədə soruşub.

Rusiya lideri Hedlinin sualını cavablandırıb. Amma jurnalist bu sualı növbəti dəfə təkrarlayanda Putin xanım aparıcının onu dinləmədiyini deyib:

“Qarşımda mənim dediklərimi eşitməmiş kimi sualı təkrarlayan gözəl bir qadın var. Cavabı təkrarlayacağam. Heç kim qulaq asmaq istəmir. İstədikləri tək şey Rusiyaya qarşı ittihamlar irəli sürməkdir”.

Hedli Putinin bu reaksiyasına gülümsəməklə cavab verib.

Putin Rusiyanın Avropa ilə qaz müqavilələri bağlamaqda qərarlı olduğunu və Avropaya qaz tədarükünü artırmaq üçün çalışdığını vurğulayıb. O, Moskvanın enerji reusurslarından silah kimi istifadə etdiyi iddialarını rədd edib və bu cür bəyanatları siyasi motivli hesab etdiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu