17 Oktyabr 16:26
713

Maya təqviminə görə "Qiyamətin əlaməti" adlandırılan Böyük Mavi Dəlik çuxuru yeni çuxurlar əmələ gətirməyə və daha da dərinləşməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər illərdir sirri açılmayan çuxuru araşdırmağa davam edirlər.

Son məlumata görə, Mərkəzi Amerikanın kiçik sahil ölkəsi Belizdəki Böyük Mavi Dəlik çuxuru dərinləşməyə başlayıb. Mayalılara görə, bu nəhəng çuxur tanrıların yaşadıqları mağaradır. Amma insanlara qəzəblənən tanrılar mağaranı tərk ediblər. Bundan sonra bölgədə yaşayan xalqlara bir-birinin ardınca fəlakətlər üz verməyə başladı və tanrıların yeri olan mağara tərk edildikdən sonra çökdü və sualtı çuxura çevrildi. Yerlilər Maya təqvimindən ilhamlanaraq bu çuxurun Qiyamətin əlaməti olduğunu söyləyirlər.

Belizdəki Böyük Mavi Dəlik Fənər rifinin mərkəzində yerləşir. Diametri 300 metr, dərinliyi 125 metr olan çuxur dünyanın ən maraqlı yerlərindən biri hesab olunur.

Bir mağaranın çökməsi nəticəsində yaranan bu çuxur “Dünyanın ən möhtəşəm 10 məkanı” siyahısındadır. 2018-ci ildə iki sualtı gəmi çuxurun 3D xəritəsini hazırlamaq üçün araşdırma aparanda orada iki dalğıcın cəsədi aşkar edilib.

Böyük Mavi Dəliyin ən diqqət çəkən xüsusiyyəti tünd mavi dairədən ibarət görünüşüdür.


Müəllif: Mənsur Rəğbətoğlu