17 Oktyabr 20:54
1 067

ABŞ-ın Kolumbiya Universitetinin elm adamları Arktikadakı yay buzlaqlarının tutduğu ərazilərin 40 il əvvələ nisbətən iki dəfə azaldığı və bu buzlaqların 2050-ci ilə qədər tamamilə yox olacağını iddia ediblər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər buzlaqların əriməsindən sonra ətrafdakı canlıların həyatları təhlükə qarşısında qalacağı və bölgə üçün yeni dövrün başlayacağını deyiblər.

Elm adamları dünyanı narahat edən qlobal istiləşmədə dönüş nöqtəsi yaranacaq tarixi açıqlayıblar. İddiaya görə, Arktikada yay buzlarının 2050-ci ilə qədər tamamilə yox olacağı gözlənilir.

Qrenlandiyadan 2000 km şimalda yerləşən “son buz zonası” adlanan bölgə tarixən bütün il boyu buzla örtülü olub, amma qlobal istiləşmədən qaynaqlanan temperaturun yüksəlməsi hətta bu ucqar ərazilərin də yayda əriməsinə səbəb olub. Tədqiqatçılar bu buzlaqların böyük hissəsinin qarşıdakı 30 il ərzində yox olacağını deyiblər. Bu durum bölgədə yaşayan qütb ayıları, morjları, suitilər və digər arktik canlıların həyatlarını təhlükəyə ata bilər.

Tədqiqatçı Robert Nyuton bildirib ki, buzlaqlar il boyu yox olsa, bu buzlaqlardan asılı olan ekosistemlər çökəcək və yeni ekoloji nizam başlayacaq.

Tədqiqatın müəllifləri sənayeləşmiş ölkələrin karbon emissiyalarını dayandırsalar belə, uzun illər donmuş halda qalan buzların bu əsrin ortalarına qədər yüksək həcmdə əriyəcəyini deyiblər. Mütəxəssislərin fikrincə, yay buzlaqları bir neçə metr qalınlığında qalacaq və 2100-cü ilə qədər tamamilə yox olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu