19 Oktyabr 21:42
1 360

Rusiya dövlət televiziyası Prezident Vladimir Putindən müsahibə alan ABŞ-ın CNBC telekanalının aparıcısı Hedli Gembla sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, xanım aparıcının ayaqlarını Putinə doğru uzatması və digər davranışları ruslar tərəfindən cazibədarlığından istifadə etmək istəyi kimi şərh olunub.

Ruslara görə, Hedli müsahibədə özünü çəkinmədən cinsi obyekt kimi təqdim edib.

Rus telekanalı Hedli Gemblın Rusiya liderinin diqqətini yayındırmağa çalışdığını iddia edib.

Aparıcı Dmitri Kiselyov xanım aparıcının “bədən dili”ndən tam istifadə etdiyini deyib. Tənqiddə əsas diqqət isə Hedli Gemblın ayaqlarına yönəlib. Aparıcı Gemblın öz cazibədar ayaqları ilə 69 yaşlı Putinin diqqətini yayındırmağa çalışdığını söyləyib.

“Xülasə, Hedli feministlərin tənqidindən qorxmadan özünü açıq şəkildə cinsi obyekt kimi təqdim etdi”, - Kiselyov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu