22 Oktyabr 2021 00:27
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paleontoloqlar tərəfindən indiyə qədər kəşf edilmiş ən böyük buynuzlu dinozavr cinsi "Big John" adlanan triceratops qalıqları bu gün Parisdə keçirilən hərracda 7.74 milyon dollara satılıb.

Teleqraf.com xəbər verir ki, Drouot hərrac evində keçirilən auksionda qalıqlar adı çəkilməyən amerikalı tərəfindən alınıb.

Satış barədə danışan auksionçu Aleksandr Qikello bunun Avropa üçün rekord olduğunu deyib.

Sümüklərin tapıldığı torpağın sahibinin adını daşıyan Big John 66 milyon il əvvəl indiki Cənubi Dakotada yaşayıb.

Uzunluğu 2,62 metr və eni iki metr olan kütləvi skeletdən ilk sümük parçası 2014-cü ildə tapılıb.

Paleontoloqlar 2015-ci ilə qədər İtaliyada Paris auksionuna hazırlıq üçün zəhmətlə yığılmış 200-dən çox parçadan ibarət skeletin 60 faizini tapıblar.

Triceratops "üç buynuzlu üz" deməkdir.


Müəllif: Yeganə Oqtayqızı