23 Oktyabr 2021 20:45
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden qatıldığı canlı yayımdakı hərəkəti ilə gündəm olub.

Teleqraf.com xəbər verir ki, aparıcının inflyasiya ilə bağlı sualına cavab verməzdən əvvəl yumruqlarını sıxıb qollarını yuxarı qaldıraraq saniyələrlə gözləyən Baydenin nə etməyə çalışdığını heç kim başa düşməyib.

CNN-də qonaq olan ABŞ Prezidenti Co Bayden canlı yayımdakı davranışı ilə sosial şəbəkələrin gündəminə çevrilib.

Aparıcı Anderson Kuper ABŞ-da inflyasiyasının səviyyəsi ilə bağlı sual verərkən Bayden yumruqlarını sıxıb və qollarını qaldırıb.

Sosial şəbəkə istifadəçiləri Baydenin o anlarda nə etmək istədiyini anlaya bilməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu