23 Oktyabr 2021 16:26
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Sibirə səfəri zamanı onun çadırına yüzlərlə ayı yaxınlaşıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putinin təhlükəsizliyi təhlükə altına düşüb.

Prezidentinin mətbuat katibi Dmitri Peskovdan televiziyada yayımlanan bu video haqqında soruşulub. Peskov məsələyə yumorla cavab verib: “Rusiya prezidenti olduğunu anladıqdan sonra ayılar ondan uzaqlaşdı”.

Müşavir daha sonra vəziyyətin nəzarət altında olduğunu və təhlükəsizliyin kifayət qədər təmin olduğunu deyib.

Bildirilir ki, Putinin tutduğu balıqlar nahar üçün bişirilərkən, ayılar yeməyin qoxusuna gəlib.

Putin Təbiət Qoruğunun direktorundan ərazidə nə qədər ayının olduğunu soruşub. Direktor hesablamağın çətin olduğunu, amma təxminən 600 ayı olduğunu deyib.


Müəllif: Yeganə Oqtayqızı