24 Oktyabr 2021 11:13
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yapon elm adamları bir ay əvvəl kosmosdan gələn müəmmalı siqnalı yenidən müşahidə ediblər.

Teleqraf.com xəbər verir ki, elm adamları 4 saniyəlik olayın mənbəyi ilə maraqlanırlar.

Alimlərin deşifrə etmək üçün çox çalışdıqları siqnal hələ də sirr olaraq qalır.

Yapon astronomları bir ay əvvəl Yupiterdə müşahidə olunan sirli işığın yenidən göründüyünü açıqlayıblar. Kyoto Universitetindən olan qrup oktyabrın 15-də Yupiterin üzərində təxminən dörd saniyə ərzində görünən sirli parlaq işığın görüntülərini yayımlayıb. Bildirilib ki, Yupiterin Şimal tropik qurşağında görünən parlaq işığın son bir ildə müəyyən fasilələrlə doqquz dəfə müşahidə edildiyi bildirilib.

“Biz tarixdə ilk dəfə olaraq oktyabrın 15-də saat 22:24-də kiçik bir obyektin Yupiterin səthi ilə toqquşması zamanı işığın parıldamasını müşahidə edə bildik”, - tədqiqatçılar deyiblər.

İşıq şüasının ilk olaraq “Skay” və “Teleskop” tərəfindən aşkar olunduğu bildirilib.

Hər il Yupiterin səthinə onlarla, bəlkə də yüzlərlə asteroid düşür. Nəhəng planet bu cür cisimlərin Yerə düşməsinin qarşısını almaq üçün maneə rolunu oynayır.


Müəllif: Mənsur Rəğbətoğlu