25 Oktyabr 2021 23:57
3 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeologiya bəşəriyyəti heyrətləndirən kəşflər etməyə davam edir.

Teleqraf.com xəbər verir ki, tarixin ən böyük fəlakətlərindən biri olan Pompeydəki hadisələrlə bağlı son araşdırma maraqla qarşılanıb.

Məlumata görə, Pompeydəki vulkan püskürməsindən sağ çıxmış yeganə insanın sümükləri Romanın Herkulanum şəhərində tapılıb. Mütəxəssislər sümüklərin 40-cı illərin əvvəllərində yaşamış bir kişiyə aid olduğunu bildiriblər. Həmin şəxsin püskürmədən sonra başqa bir səbəbdən öldüyü güman edilir.

Qazıntıya rəhbərlik edən arxeoloq Françesko Sirano bu haqda deyib: “Son anlar qısa, amma dəhşətli idi”.

Təxminən 2000 il əvvəl baş verən partlayışdan sonra Pompey şəhərindəki həyat 15 dəqiqə ərzində bitib. Vezuvi və dəniz arasında yerləşən Herkulanum şəhəri vulkana Pompeydən daha yaxın idi. İddiaya görə, Vezuvi uğuldamağa başlayanda Herkulanum sakinləri şəhəri tərk etməyə başlayıblar. İnsanların çoxu isə sahildə xilas edilmələrini gözləyiblər.

Arxeoloqlar 1980-1990-cı illərdə sahil boyu ərazilərdə yüzlərlə skelet tapıblar. İddiaya görə, püskürmənin son mərhələsində sahildə gözləyənlər sığınacaqlarda toplanıblar. Bu şəxslərin ölüm səbəbləri ilə bağlı təxminlərə yüksək temperatur, boğucu kül və zədə daxil idi.

Skeleti yeni tapılan şəxs isə bu sığınacaqlarda olmayıb. Mütəxəssislər onun sahildə qaldığını bildiriblər. Arxeoloqlar skeletin yanında odun qalıqları da aşkar ediblər. Bu şəxsin püskürmədən sonra yaxınlıqdakı tikilinin uçması nəticəsində zədə alaraq öldürüyü təxmin olunur. Onun kim olduğu və ya ölüm anında nə etdiyi bilinmir. O, xilaskar axtarışı məqsədilə bunkerdən çıxmış şəhər sakini və ya insanları qurtarmağa çalışan əsgər ola bilər. Arxeoloji qrup qurbanın skeleti laboratoriyada araşdırmağı planlaşdırır. Araşdırmalar kişinin kimliyi ilə bağlı daha ətraflı məlumatları ortaya çıxara bilər.


Müəllif: Mənsur Rəğbətoğlu