27 Oktyabr 2021 23:55
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Instagram"da linklərin stikerləri sosial şəbəkənin bütün istifadəçiləri üçün əlçatan olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Verge" xəbər portalı bildirib.

Platformanın administrasiyası qeyd edib ki, yeni funksiya həm adi istifadəçilər, həm də böyük şirkətlər və ya bloggerlər üçün faydalı olacaq.

Hekayəyə ("story") link əlavə etmək üçün ekranın yuxarısındakı “stikerlər” menyusuna daxil olub, müvafiq düyməni seçmək və səhifənin ünvanını daxil etmək lazımdır.

"Instagram" administrasiyası vurğuladı ki, funksiya yalnız hekayələr üçün nəzərdə tutulub və şirkət bu funksiyanı əsas lentə əlavə etməyi planlaşdırmır.


Müəllif: Teleqraf.com