Qahirə Universitetinin arxeoloqları paytaxtın cənubundakı Giza piramidalarının yaxınlığında Saqqara nekropolunda bir məzar aşkar ediblər.
Teleqraf.com xəbər verir ki, 3300 il əvvəl tikilmiş türbə firon II Ramzesə yaxın olan şəxs Ptaxemviyə aiddir.
Saqqara nekropolunda qazıntılar 1970-ci illərdə, fironların məzarları üçün faktiki axtarışlar isə 1980-ci illərdə başlayıb. Araşdırmalar Ramzes dövrünə aid bir çox məzarın tapılmasına səbəb olub.
2005-ci ildən bu ərazidə işləyən arxeologiya professoru Ola el-Aquzinin rəhbərlik etdiyi hazırkı komanda bu yaxınlarda Ptaxemviy məzarını üzə çıxarıb. Məzarın yonulu daşdan tikilmiş, sahibini təsvir edən relyefli girişi tapılıb. Giriş divarlarında boyalı və rəngli rəsmlər olan zala aparır.
Qazıntı zamanı üzərində yazılar olan daş bloklar və bir neçə Osiris sütunu aşkar olunub.