İngiltərədə dünən axşam saatlarında ölkənin müxtəlif bölgələrində səmada “yaşıl işıq topu” görünüb.
Teleqraf.com xəbər verir ki, “işıq topu” adlandırılan və meteorit olduğu təxmin edilən obyektin İngiltərənin şimalındakı Yorkşirdən paytaxt Londona qədər bir çox bölgədə göründüyü deyilib.
Hələlik cismin nə olduğu ilə bağlı rəsmi açıqlama verilməsə də, Britaniya mətbuatında bu naməlum obyektin “kosmosdan gələn yüksək sürətli kürə ola biləcəyi” və “atmosferlə sürtünmə nəticəsində səmanı işıqlandıra biləcəyi” bildirilib.
Hadisə şahidləri meteorit olduğu düşünülən “işıq topu”nu “möhtəşəm” adlandırıblar. Londonun Enfild rayonundakı bir evin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.