5 Noyabr 2021 23:54
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikanın Vitvatersrand Universiteti və digər 13 ali məktəbdən olan tədqiqatçılar qrupu 250 min il əvvəl 4-6 yaşlarında ölən uşağın kəlləsini və dişlərini tapıblar.

Teleqraf.com xəbər verir ki. tədqiqatın rəhbəri Li Rocers Berger homo naledi uşağının kəllə sümüyünün Yohannesburq yaxınlığında tapıldığını açıqlayıb.

Homo naledi 335-236 min il əvvəl yaşamış qədim insan növüdür. Bergerin sözlərinə görə, 2013-cü ildəki ilk kəşfdən bəri həyatın bütün mərhələlərindən iyirmidən çox homo naledi fərdlərinin təxminən 2000 qalığı tapılıb.

Berger qeyd edib ki, bu, ibtidai növünə aiddir: “Əvvəllər Afrikada yalnız müasir insanların olduğunu düşünürdük. Bu tapıntı vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək”.

Azyaşlıya Cənubi Afrikada danışılan bantu dilində “İtirilmiş” mənasını verən Leti adı verilib. Çünki ondan yalnız kəllə sümüyü tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər