10 Noyabr 2021 00:55
2 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Volqoqrad şəhərində yaşayan Boris Kipriyanoviç adlı gəncin iddiaları yenidən gündəmdədir.

Teleqraf.com xəbər verir ki, uşaqlıqda “super intellekt” adlandırılan yeniyetmə əvvəllər Marsda doğulduğunu və yaşadığını, ikinci həyatında Yerdə dünyaya gəldiyini iddia edib.

Valideynləri Kipriyanoviçin kiçik yaşlarından yüksək intellektli olduğunu, övladlarının çox erkən danışmağa başladığını bildiriblər. Bir yaşından Marsla bağlı qəribə iddialar dilinə gətirən uşaq bundan əvvəlki həyatında Marsda yaşadığını deyib.

Boris Marsda baş verənləri çox yaxşı xatırladığını və qırmızı planetdə iki tərəf arasında nüvə müharibəsinin böyük dağıntılara səbəb olduğunu bildirib. Kipriyanoviç müharibə zamanı çoxlu sayda insanın öldürüldüyünü, amma hələ də sağ qalanların olduğunu iddia edib.

Kipriyanoviç Mars haqda daha ilginc iddianı da dilə gətirib. O, bu planetdə yaşayan insanların ev və silah düzəltməyi öyrəndiklərini, amma hələlik özlərini göstərmək fikrində olmadıqlarını vurğulayıb.

“Marsda olanlar karbon qazı ilə nəfəs alaraq sağ qalırlar. Onlar Yerə gələndə sağ qalmaq üçün özləri ilə bir az karbon qazı gətirməli olacaqlar, - Kipriyanoviç söyləyib.

O, Misirdəki Böyük Giza piramidasında bəşəriyyətlə bağlı önəmli sirrin olduğunu iddia edib. Borisin fikrincə, bu sirr açılanda insanların həyatı da dəyişəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər