12 Noyabr 2021 23:55
3 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər almazlar üzərində apardıqları araşdırma nəticəsində indiyədək heç vaxt görünməyən mineral tapıblar.

Teleqraf.com xəbər verir ki, çinli geofizik Ho-kvanq Maonun rəhbərlik etdiyi tədqiqatlarda yerin 660 kilometr dərinliyində bir almaz çıxarılıb.

Almaz elm adamları tərəfindən araşdırılıb və maraqlı həqiqət üzə çıxıb.

Almazdakı mineral yüksək təzyiqli kalsium silikat perovskitin (CaSiO3) ilk nümunəsi kimi qeydə alınıb. Yerin mantiyasında yalnız yüksək təzyiq və yüksək temperaturda əmələ gələn kristal quruluşa malik almazdakı bu kəşf tarixə düşüb.

Alimlər eyni yerdə oxşar mineral tapmaq üçün araşdırma aparıblar, amma buna oxşar mineral tapılmayıb. Mineral bu kəşfinə görə çinli alimin şərəfinə “Deyvmaoit” adlandırılıb.

Yeni mineral Beynəlxalq Mineralogiya Assosiasiyasına da təqdim olunub. Assosiasiya almazın və mineralın qeydiyyata alındığını və təsdiqləndiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər