19 Noyabr 2021 17:30
3 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibsiz torpaq – dünyanın heç bir dövlətinin suverenitetinə aid olmayan ərazidir. Bütöv kontinentlər bir zamanlar bölünməmişdi, lakin coğrafi kəşflər və Avropa müstəmləkəçiliyi dövründən bu yana planetdə cəmi 5 belə region var. Bu ərazilər hansılardır və onlar niyə sahibsiz qalıblar?

Teleqraf.com-un növbəti məqaləsi bu haqdadır.

Bir-Tavil

Sudan və Misir arasındakı sərhəddə yerləşən 2060 km² ərazisi olan torpaq parçasıdır. Qəribədir ki, hər iki dövlət Bir-Tavilə sahib olmaqdan qətiyyətlə imtina edir, lazımsız torpağı bir-birinə itələməyə çalışır.

Regionun hazırkı vəziyyəti XIX əsrdə hər iki Afrika ölkəsinə sahib olan Böyük Britaniyanın müstəmləkəçilik siyasətinə “borcludur”. 1898-ci ildə ingilislər Misir və Sudan arasındakı sərhədi 22-ci paralel üzrə bölürlər.

Ancaq 1902-ci ildə İngiltərə Misiri birtərəfli qaydada Bir-Tavillə mükafatlandırır, Sudanı isə digər bölgə – Halaiba üçbucağı ilə təltif edir. Misirlilər həddən artıq qəzəblənirlər: bir vaxtlar onlara məxsus olan üçbucaq neftlə və münbit torpaqlarla zəngindir, Bir-Tavil isə səhradır.

1995-ci ildə uzun sürən sərhəd atışmalarından sonra Misir qoşunları Halaiba üçbucağını geri alır, Bir-Tavili isə Sudana qaytarır. Ancaq bölgənin heç kimə lazım olmadığı aşkara çıxır. Bu gün ora məskunlaşdırılmamış qalır, orada yaşamaq sadəcə təhlükəlidir.

Dağlıq Siqa

Serbiya və Xorvatiya sərhədinin kəsişməsində yerləşən sıx meşəliklə örtülü tərk edilmiş torpaq sahəsinin ərazisi cəmi 7 km²-dir.

Region Yuqoslaviyanın dağılmasından sonra sahibsiz qalıb. O vaxtdan bəri müstəqillik əldə etmiş ölkələr arasında ərazi mübahisələri səngimir. Daha ləzzətli mübahisəli torpaqlar üzərində hüquqlarını itirməmək üçün Dağlıq Siqadan imtina edilir.

2015-ci ildə çex aktivist Vit Edliçka orada virtual Liberland dövləti yaradıb və daha sonra müxtəlif ölkələrdən olan 30-dan çox sakinə vətəndaşlıq paylayıb. Hərçənd ki, xorvat və serb sərhədçiləri ora heç kimi buraxmır və ərazi boş qalmaqda davam edir.

Antarktida, Meri Berd Torpağı

Antarktida 1959-cu il konvensiyasına əsasən bölünməyən ictimai və neytral ərazi kimi tanınır. Orada yalnız elmi fəaliyyətə icazə verilir. Bununla belə bir çox ölkələr Antarktidaya iddialar irəli sürürlər. Konvensiya ləğv edilərsə, qitə sadəcə olaraq hissələrə parçalanacaq.

103° və 158° qərb uzunluğu arasında yerləşən Meri Berd torpağı ayrıdır. 1951-ci ildə Yaponiya bu bölgəyə ərazi iddialarından imtina edib və o, yeganə həqiqətən yeganə “sahibsiz torpaq” olaraq qalıb.

Bununla belə sektorda iki tərk edilmiş elmi stansiya var – Amerikanın ”Berd” və Rusiyanın “Russkaya” stansiyası. Hər iki tərəf gələcəkdə sektorun mülkiyyəti ilə bağlı mübahisə etməyə hazır olduqlarına eyham vurublar.

Qərbi Sahara

266 800 km²-lik ərazi Yeni Zelandiyanın, İtaliyanın və ya Böyük Britaniyanın ərazisi ilə müqayisə edilə bilər və Afrikanın şimal-qərbində yerləşir.

Bölgənin 96%-nin səhra ilə örtülməsinə baxmayaraq Qərbi Sahara neftlə, dəmirlə və fosforitlərlə zəngin olduğu üçün qonşu ölkələr arasında onun uğrunda ümidsiz mübarizə aparılır.

Ən qızğın qarşıdurma Mərakeşlə özünü elan etmiş Sahara Ərəb Demokratik Respublikası (SADR) arasındadır. Sonuncu Əlcəzair tərəfindən fəal şəkildə dəstəklənir.

Münaqişənin günahkarı 1976-cı ilə qədər əraziyə nəzarət edən İspaniya olub. Evə qayıdan ispanlar tərk edilmiş koloniyanın kimə məxsus olacağına qərar verməyib.

Skarboro rifi

Cənubi Çin dənizində 150 ​​km² sahəsi olan iki ada. Onlar neft və qazla zəngindirlər və buna görə də Çin, Vyetnam, Filippin, Malayziya, Bruney və Tayvan arasında mübahisə obyektinə çevriliblər. Burada əhali yoxdur.

Rəsmi olaraq Skarboro rifi sahibsiz torpaqdır. Bununla belə Çin daha güclü rəqib kimi rifi praktiki olaraq ələ keçirib. Səmavi ölkənin hərbi gəmiləri yadları buraxmadan bölgədə patrul həyata keçirir.

Çinin əsas arqumenti adaların XIII əsrdə Çin dənizçiləri tərəfindən kəşf edilməsidir. Düzdür, o dövrdən olan xəritələr saxlanılmayıb və sözlərə inanmaq lazımdır. Çin Beynəlxalq Məhkəmənin qərarına və qonşularının etirazlarına məhəl qoymur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər