NASA və “SpaceX”in Marsda apardığı araşdırmalar bütün dünya tərəfindən maraqla izlənilir.
Teleqraf.com xəbər verir ki, bu iki qurumun niyə Marsda həyatın olmasında bu qədər israrlı olmasına dair maraqlı açıqlama “SpaceX” və “Tesla”nın rəhbəri İlon Maskdan gəlib.
Mask qiyamətdən əvvəl baş verməsi gözlənilən nüvə müharibəsi səbəbilə Marsda yaşayış şəraitinin təmin edilməsinin lazım olduğunu deyib. Yaşayış şəraiti təmin olunarsa, bu araşdırmaların öncülləri qiyamətdən əvvəl Marsda məskunlaşacaq və həyatlarını orada davam etdirəcəklər.
İqlim böhranı, pandemiya və bəşər sivilizasiyasını təhdid edən digər hadisələrdən danışan Mask bu risklərin azaldılmasının vacibliyini vurğulayıb. Texnologiya milyarderinin fikrincə, bu riskləri azaltmağın ən mühüm yolu bəşəriyyəti çoxplanetli etməkdir.
“Tesla”nın davamlı enerji hərəkətlərində irəliləyiş əldə etdiyini vurğulayan Mask qeyd edib: “Nə qədər sürətlidirsə, bir o qədər yaxşıdır. Yer üzündə həmişə risklər var. O köhnə, tanış nüvə armageddonu də hazırkı risklərdən biridir”.
1998-ci ildə çəkilmiş elmi fantastika filmi “Armageddon” bəşəriyyəti məhv edə biləcək meteorit fəlakəti haqqındadır. Buna görə də filmin adı tez-tez yox olma ehtimalını xatırlamaq üçün istifadə olunur.
“Armageddon” söz olaraq ibrani dilində “Megiddo dağı” deməkdir. Dini mənbələrə görə, bu, dünyanın sonuna doğru baş verəcək sonuncu müharibədir. Bəziləri üçün bu, böyük nüvə müharibəsidir. Qiyamətdən əvvəl baş verəcək bu böyük döyüş Məsih və Dəccal arasında olacaq.