1978-1983-cü illərdə 15 nəfəri öldürən Dennis Nilsenin insan qatili olmasını heç kəs təxmin etməyib. Çünki Dennis işlədiyi dövrdə çox mədəni və incə insan təsiri bağışlayırmış. Amma onun uşaqlığı heç də xoş keçməyib. Anası sərt nevroz bir xanım olub. Dennisin cinsi oriyentasiyası da fərqli olub və uşaqlıqda cinsi istismara məruz qalıb. Son dərəcə kübar və zəki olan Dennis Nilseni görənlər onun qatil olacağına və ya ciddi şəxsiyyət pozuqluğu yaşadığına ehtimal belə vermirdilər.
Teleqraf.com dünyanın ən qəddar qatil - 1945-ci ildə Şotlandiyada doğulan Dennis Nilsenin cinayətlərini təqdim edir:
Dennis Nilsen demək olar ki, ölü kimi davranmaqla nələrisə etməyə çalışırdı. Öz qaydasında yaşayan Nilsen bir müddət sonra tanış olduğu kişiləri öldürməklə silsilə cinayətlərə başlayıb. O, barda tanış olduğu kişini evinə dəvət edib. Lakin kişi evə getmək istəməyəndə onu öldürüb və daha sonra onunla vaxt keçirib.
İfadələrinə görə, o, həm cəsədlərdən həzz alıb, həm də tənhalığını aradan qaldırıb. Onları öldürdükdən sonra alt paltarlarına qədər soyundurub və bədəninə pudra sürtüb. Qurbanlarını masaya oturtdub ki, onlar olduqları yerdə qalsınlar və onu tərk etməsinlər.
Dennis Nilsenin bu hərəkəti özünə o qədər xoş gəlib ki, görüşdüyü və ya birlikdə olduğu hər kişini bir-bir öldürməyə başlayıb. Əvvəlcə qarşısındakını kəndir və ya su ilə boğub, sonra cəsədi təmizləyib. Zövq aldıqdan sonra, əvvəlcə cəsədləri evində taxta döşəmələrin altında gizlətməyə çalışıb, sonra şkafa qoyub. Cəsədləri yandırmaqla xilas olmağa cəhd etsə də, yaxşı nəticə əldə edə bilməyib. Bu səbəbdən də cəsədlərin bədən hissələrini tualetə atıb. Amma qurbanların cəsədlərinin bədən hissələri kanalizasiya borularını tıxayıb və qonşular bundan şikayət ediblər.
Dennis Nilsenin silsilə qətl törətdiyi insan cəsədləri səbəbindən ortaya çıxıb. Nilsen dərhal günahını etiraf edib. Qəribəsi odur ki, qatil tez tapılsa da, cəsədlərin kimə aid olduğu məlum olmayıb. Çünki onların yoxa çıxmasından heç kimin məlumatı olmayıb.
Qurbanların kimliyini araşdıran polis onların əksəriyyətinin ailələri tərəfindən atıldığını və homoseksual olduğunu müəyyən edib.
Polisə bu əməllərinə son qoymaq istədiyini, amma həyatda başqa heç nədən həzz ala bilmədiyini də xatırladan qatil ömürlük həbs cəzasına məhkum edilib.
Nilsen 10 may 2018-ci ildə mədəsində şiddətli ağrılardan şikayətlənərək xəstəxanaya yerləşdirilərkən ömürlük həbs cəzası çəkirdi. Onun qarın nahiyəsində damar anevrizması olduğu anlaşılınca müalicə olunub. Lakin o, sonradan mədə əməliyyatının fəsadı kimi qan laxtalanmasından əziyyət çəkib. Nilsen ömürlük həbsinin 34 ilini çəkdikdən iki gün sonra 2018-ci il mayın 12-də vəfat edib. Yarılma hesabatında Nilsenin ölüm səbəbinin ağciyər emboliyası və retroperitoneal qanaxma olduğu bildirilib.
Nilsenin cəsədinin külü 2018-ci ilin iyununda kremasiya edilən qohumu Mark Ostinə verilib. Nilsen Ostinə külünün qurbanlarını yandırdığı köhnə evinin bağçasına səpilməsini istədiyini deyibmiş. Lakin qohumu Ostin qatilin xahişini rədd edib. Deyib ki, onun cəsədinin külünü dənizə səpəcək.